Şevçenko “Çelsi”yə baş məşqçi təyin edilə bilər

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko “Çelsi”ni çalışdıra bilər.

Millitribuna.az fanat.az-a istinadən xəbər verir ki, London təmsilçisi baş məşqçisi Frenk Lempardla yolları ayırsa, klub rəhbəri Roman Abramoviçin yüksək dəyər verdiyi Şevçenko komandanın “sükanı arxası”na gətiriləcək.

Andrey Şevçenko futbolçu olduğu vaxt – 2006 – 2008-ci illərdə “Çelsi”də çıxış edib.

Qeyd edək ki, “zadəganlar” Lempardın rəhbərliyi ilə son 6 matçda 1 qələbə qazana bilib. Britaniya mətbuatında Lempardın istefaya göndəriləcəyi haqda xəbərlər yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir