Cennifer Lopez və Ledi Qaqa Baydenin andiçmə mərasimində çıxış edəcəklər

Dünyaca məşhur müğənnilər Cennifer Lopez və Ledi Qaqa ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimində çıxış edəcəklər.

Millitribuna.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

“Bu insanlar böyük xalqımızın bütün müxtəlifliyini təmsil edirlər”, – deyə andiçmə komitəsinin nümayəndəsi Toni Allena bildirib.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimi yanvarın 20-də Kapitolinin qarşısında baş tutacaq.(oxu.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir