Yevlaxda avtomobil aşıb: xəsarət alanlar var

Yevlax rayonunda yol nəqliyyat hadisəsi qeydə alınıb.

Millitribuna.az-ın məlumatına görə, hadisə Aran qəsəbəsi-Mingəçevir avtomobil yolundakı dəmiryolu keçidi yaxınlığında baş verib.

«VAZ 2112» markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Avtoqəza nəticəsində 3 nəfər Goranboy rayon sakinləri Orxan Hüseynov, Ülvi Əhmədov və Xaqani Mehdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *