“Moskva görüşündə Ermənistan rəhbərlik səviyyəsində miskin və məğlub görünürdü” — Tural İsmayılov

“Bütövlükdə Azərbaycanın səyləri, hərbi-diplomatik qələbəsinin siyasi təsirləri özünü açıq göstərirdi”.

Bu fikirləri Millitribuna.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhəhtçisi, politoloq Tural İsmayılov bildirib.

O qeyd edib ki, Moskva görüşündə imzalanan bəyanat bütün region üçün mühüm əhəmiyyətə malikdir:

“ 4 saatlıq qapalı toplantıdan sonra tərəflər mətbuata qısa açıqlama verdilər. Ölkə başçımız görüşün səmərəliliyindən məmnunluğunu bir daha ifadə etdi. Azərbaycan bu görüşdə də üstün tərəf oldu. Buna görə də ölkə başçısı vurğuladı ki, Qarabağla bağlı razılaşmalar səmərəli şəkildə həyata keçirilir və narahatlıq üçün ciddi səbəblər yoxdur. Rusiya prezidenti Putin də vurğuladı ki,Qarabağla bağlı razılaşmanın şərtlərinə hörmət edildiyi, ciddi hadisələrin olmadığı qənaətinə gəldik.

Paşinyan isə görüş sonunda çox miskin və narazı görünürdü. Və aylar əvvəl təxribatçı açıqlamalar verən baş nazir məğlubiyyət eyforiyasından çıxa bilməyəcəyini bir daha nümayiş etdirdi. Nəticədə Azərbaycan və Rusiya regionda nəqliyyat, infrastruktur layihələrinin çevik və planlı həllinə bir daha sadiqliyini nümayiş etdirdi və verilən mesajar çox önəmli idi. Ermənistan bu görüşdə də məğlub obrazında qaldı, ölkədəki çaxnaşmaların daha da sərtləşəcəyinin siqnalları isə artıq müşahidə edilir. Proses geopolitik sabitliyin bərqərar olunması baxımından yeni sazişlərlə bir digər pilləyə daxil oldu. Moskva görüşü əhəmiyyətli və vacib qərarlarla yekunlaşdı.”

Ekspert qeyd edib ki, görüşdə geopolitik əhəmiyyətə malik mühüm nəqliyyat razılaşmaları əldə olundu, yeni ərsəyə gətiriləcək nəqliyyat və daşınma qovşaqları bütün region ölkələri üçün strateji əhəmiyyətə malikdir:

“Moskvada əməkdaşlıqla bağlı ümumi bəyanatlda razılığa gəlindi. 4 maddəlik bəyanat özündə 3 dövlət arasında işçi heyət və ekspertlərdən ibarət altqruplar yaranmağını ehtiva edir. İşçi heyətə və ekspertlərə martın 1-ə qədər sənədi hazırlamaq tapşırılıb. Bu sıraya kommunikasiya xətlərinin açılması və beynəlxalq nəqliyyatın təmin olunması daxildir. Cənab Prezident bildirdi ki, imzalanan bəyanat bizim məqsədlərimizdən xəbər verir. Çünki hərbi əməliyyatların bitirilməsinə dair bəyannamənin maddələrindən biri nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması idi. Bu, regionun inkişafına böyük dinamizm gətirə biləcək sahədir, o həmçinin təhlükəsizliyi də möhkəmləndirəcək. Çünki nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya və bizim digər qonşu xalqların maraqlarına cavab verir. Ümumilikdə isə nəqliyyat xətləri qonşu ölkələrin hamısı- Türkiyə, İran və Gürcüstan üçün də mühüm iqtisadi əhəmiyyətə malikdir”.

Ekspert bildirir ki, bundan sonra Ermənistanın hansısa səviyyədə təxribatlara cəhd etməyi təkcə Azərbaycan və Tükiyəyə qarşı deyil, həm də Rusiyaya qarşı da yönəlmiş hesab olunacaq.

DİQQƏT!: Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz:

055-212-35-55 WHATSAPP

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *