Türkiyəli məşhur aparıcı Okan Bayülgen sosial şəbəkələr barədə mənfi düşüncədə olduğunu açıqlayıb.
Millitribuna.az axşam.az-a istinadən xəbər verir ki, aparıcı İnstaqramın qorxunc bir şəbəkə olduğunu deyib:
«Nifrət edirəm. Bu qədər çirkinliyin olduğu başqa bir yer tanımıram. Ağıl xəstələri ilə dolu mağazaya oxşayır. Orqan, qadın ticarəti, narkotik maddələr, nə axtarsan, taparsan. «Tik-Tok»da rəqs edənlər ağılsızdır. Gənclər bərədə ümidli olmamağımız üçün göstəricidir. Bu uşaqların 15 IQ səviyyəsi vardısa, telefon 5-ə endirib».