Müğənni Aygün Aydın şəhidimizə mahnı həsr edib — Video

Mahnının mövzusu müğənninin öz sifarişi ilə yazılıb.

Millitribuna.az xəbər verir ki, «Ana Vətən» adlı mahnıda Azərbaycanın şəhid olmuş mərd qızının Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıqdan və sonda şəhidlik zirvəsinə ucalmasından bəhs edilib. Mahnının sözləri Almaz İlahəyə, musiqisi Murad Zeynala, aranjiman isə Şahid Əhmədə məxsusdur. Mahnının muğam hissəsinə öz ifası ilə dəstək olan əmək artist Yusif Mustafayevdir. Şeir hissəsini isə aktrisa Mehriban Xanlarova səsləndirib.

Yaxın günlərdə mahnıya aid klipin şəkilişlərinə start veriləcək. Klipdə Şəhid qızın ana obrazını Mehriban Xanlarova canlandıracaq. Mahnının ifaçısı müğənni Aygün Aydın isə klipdə şəhid qız rolunda yer alacaq.

DİQQƏT!: Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz:

055-212-35-55 WHATSAPP

 

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *