NBA-da daha bir qarşılaşma təxirə salındı

Milli Basketbol Assosiasiyasında (NBA) bu gün keçirilməli olan «Boston» — «Mayami» oyunu təxirə salınıb.

Millitribuna.az xəbər verir ki, «Mayami»nin bir neçə basketbolçusu koronavirusa yoluxan şəxslə təmasda olduğu üçün karantinə alınıb.

Komandanın heyətində NBA tibbi protokoluna görə qarşılaşma üçün tələb olunan 8 oyunçu yer almayıb.

«Boston»un da bir neçə üzvü eyni səbəbdən karantindədir.

Qeyd edək ki, NBA-da daha əvvəl dekabrın 23-nə planlaşdırılan «Hyuston» — «Oklahoma» görüşü də koronavirusa görə təxirə salınıb.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *