Rəqqasə Fatimə Fətəliyeva oğlu Hüseynin ona qoyduğu qadağalardan danışıb.
Millitribuna.az xəbər verir ki, sənətçi «Səhər-səhər» proqramında övladının qısqanc olduğunu deyib:
«Elə bil balaca kişidir. Hüseyn böyüyüb, sonra balacalaşıb. Geyimimə qarışır. Deyir, efirdə çox gülüb-danışma. Küçədə gedəndə kimsə baxırsa, əsəbiləşir. Qayıdır ki, başa düşmədim, o bilmir sənin gözəl, yaraşıqlı həyat yoldaşın var?».(axsam.az)