Bakı-Qazax yolunda qəza: Yaralılar var

Kürdəmir rayonunda zəncirvari qəza baş verib.

Millitribuna.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, bir neçə yük və minik avtomobili, ümumilikdə 6 maşın bir-birinə çırpılaraq qəzaya düşüb. Nəticədə, avtomobillərə ciddi ziyan dəyib, yaralılar var.

İlkin məlumata görə, qəzaya havanın şaxtalı olması və yolun buz tutması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Fotolar Amil Hacıyevə məxsusdur.(publika.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *