“YAŞAT” Fonduna rəhbər təyin edilib

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna («YAŞAT» Fondu) rəhbər təyin edilib.

Millitribuna.az-ın məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Fondun rəhbəri vəzifəsinə Qarabağ qazisi Elvin Hüseynov təyin olunub.

Fondun müdir müavini vəzifəsi isə Rəbiyyə Cəfərovaya həvalə edilib. O, əvvəllər «ASAN Könüllüləri» Təşkilatının sədr müavini, daha sonra «ASAN məktub» layihəsinin rəhbəri vəzifəsində işləyib.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də «Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında» fərman imzalayıb.

 

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *