Türkiyə XİN: «ABŞ-da baş verənlərdən narahatıq»

Türkiyə ABŞ-da Prezident seçkilərindən sonra yaşananları və bu gün Konqres binasına nümayişçilərin daxil olmasına qədər bütün prosesləri narahatlıqla izləyir.

Millitribuna.az-ın məlumatına görə, bunu Türkiyə Xarici İşlər Nazirliyi yaydığı bəyanatında bildirib.

Nazirlik bildirib: «Türkiyə ABŞ-da bütün tərəfləri daxili siyasi böhranı qət etmək və çözmək üçün soyuqqanlı və məntiqli davranmağa çağırır».

Türkiyə XİN ABŞ-dakı vətəndaşlarına izdihamlı və etiraz aksiyaları keçirilən məkanlardan uzaq durmağı tövsiyə edib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *