Şahbaz Quliyev: “Ermənilər ciyərlərimi dağıtmışdılar”

«Mən çox şadam ki, Azərbaycana qayıda bilmişəm. Biz ata-anamızın qəbrini ziyarət edərkən girov düşdük. Dilqəm məndən sonra girov düşdü. Onlar çəkən işgəncəni mən də çəkmişəm. Məndə göz-baş qalmamışdı, ciyərlərimi dağıtmışdılar. Axşam yatmağa belə qoymurdular. Çarpayının altına elə şey qoymuşdular ki, onun səsi yatmağa imkan vermirdi”.

Millitribuna.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında erməni girovluğunda olmuş Şahbaz Quliyev deyib.

“Onların qondarma “milli təhlükəsizlik” qurumu dubinkaları belimizdə qırıb. Mənim gözümün qabağında Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzvlərini qovdular ki, əlimə baxmasınlar. Əlim qırıq idi. Mənə bildirirdilər ki, Dilqəmin dövlət tərəfindən göndərildiyini denən. Amma mən bunu demədim. Məni Şuşaya aparan da yaxşı baxmırdılar. Bizi kamerada bağlamışdılar ki, oturun burada”, — deyə Ş.Quliyev bildirib.

O, məruz qaldığı işgəncələrdən söz açaraq qeyd edib: «Başımın sümüyünü, qolumu qırdılar, qarnıma vurmaqdan pis gündə idim. Hər gecə dubinka ilə döyürdülər, eybəcər səs verirdilər, qulağım batırdı. Biz yaxınlarımızı ziyarətə getmişdik, amma onlar bizi diversant kimi qələmə verirdilər».

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *