Obama Vaşinqtondakı iğtişaşlara görə Trampı ittiham etdi

ABŞ-ın keçmiş prezidenti Barak Obama Vaşinqtondakı iğtişaşlarda hazırkı dövlət başçısı Donald Trampı günahlandırıb.

Millitribuna.az xəbər verir ki, o, tarixin haqlı olaraq Kapitolidə bu gün baş verən amansızlıqları unutmayacağını və ən böyük utanc anı kimi xatırlayacağını deyərək, bunun qanuni seçkilərin nəticələri barədə əsassız yalan danışmağa davam edən hazırkı dövlət başçısının təhriki nəticəsində yarandığını vurğulayıb.

Obama son saatlarda baş verənləri uduzan partiyanın demokrat Cozef Baydenin qalib gəlməsini qəbul edə bilməməsi ilə əlaqələndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir