İtaliya klubunun baş məşqçisi istefa verdi

İtaliyanın “Parma” klubu baş məşqçisi Fabio Liverani ilə yollarını ayırıb.

Millitribuna.az xəbər verir ki, 45 yaşlı mütəxəssis A Seriyasının XVI turunda “Atalanta”ya 0:3 hesabı ilə uduzduqları oyundan sonra istefa verib.

Qeyd edək ki, “Parma” A Seriyasında 12 xalla 17-ci pillədə qərarlaşıb. Fabio Liverani 2020-ci ilin avqustun baş məşqçi təyin olunmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir