“Qarabağ müharibəsində 6 şəhid vermişəm” – Afaq Bəşirqızı

Xalq artisti Afaq Bəşirqızı “Elgizlə izlə” proqramına telefonla bağlanıb.

Millitribuna.az xəbər verir ki, aktrisa Cəbrayıla bayraq sancan qohumu, qazi Ərşaddan danışıb.

“O, mənim əmim qızı Qızılgülün oğludur. Balam kimidir. Birincidə də, ikinci Vətən müharibəsində də 6 şəhid vermişəm. Bunu danışan deyiləm.

Oğlum Səmral qolundakı qüsura görə əsgərliyə gedə bilmir, ürəyi partlayır. Ərşada dedim ki, get, öldür gəl” deyə A.Bəşirqızı söyləyib.(axsam.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir