Alim Qasımov: “Cıdır düzündə festivallar təşkil edəcəyik”

“Prezident İlham Əliyevin Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi çox gözəl qərardır. Nə qədər imkanımız var, Şuşada mədəniyyət evləri, institutlar yaratmalıyıq”.

Millitribuna.az xəbər verir ki, bunu Azvision.az-a açıqlamasında Xalq artisti, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Alim Qasımov deyib.

Xanəndə Şuşadan bir neçə gün öncə qayıtdığını bildirib:

“Cıdır düzündə festivallar təşkil edəcəyik. Oranı ikinci paytaxta çevirəcəyik. Ölkəmizə gələn qonaqlar və vətəndaşlarımız bu şəhərdən mənəvi zövq almalıdırlar. Özüm də 3-4 gün bundan öncə Şuşada oldum. Əsgərlərimizlə, polis və komandirlərimizlə söhbətləşdim. Şəhəri yenidən dirçəldəcəyik. Bundan sonra Şuşadan Azərbaycan mədəniyyətinin qoxusu gələcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir