Çörəkotu və onun yağının — Faydaları

Mövsüm dəyişikliyi, allergiya, xolesterol problemləri, şəkər xəstəliyi, immunitet sisteminin gücləndiriliməsi və bu digər hallarda məsləhət görülən təbii dərmanlardan biri də çörəkotudur. Çörəkotunun çoxsaylı faydaları var.

Millitribuna.az lent.az-a istinadən xəbər verir ki, aparılan araşdırmalar çörəkotunun tərkibində 100-dən çox birləşmə olduğunu sübut edib. Bunlardan bəziləri nigellon və alpha pinen birləşmələri, Omega-3, Omega-6 yağ turşuları, selen, sink, dəmir, mis, kalsium mineralları və E vitaminidir. Bu birləşmələr və yağ turşuları xüsusən immunitet sisteminin qüvvətlənməsində son dərəcə vacib rol oynayır.

Salatlara əlavə edəcəyiniz yarım çay qaşığı çörəkotu yağı həm dadı artırır, həm də sağlamlığa xidmət edir. Üyüdülmüş çörək otunu qatığa qataraq da yeyə bilərsiniz. Çörəkotu tərkibindəki birləşmələr sayəsində hüceyrələri yeniləyici xüsusiyyəti ilə yanaşı, ana südünü artırmağa da kömək edir. Bunun üçün istər yağ, istər üyüdülmüş formada bala qataraq yemək olar. Şora da xüsusi dad vermək üçün qatılır.

Onun saç və dəri üçün də dəstəkləyici rolu var.

Lakin çörəkotu yağı alarkən diqqətli olmaq lazımdır. Bunun üçün aşağıdakıları bilməlisiniz:

Çörəkotu toxumunun dadının acı olması bu yağın keyfiyyətli olması demək deyil. Məhsuldarlığı artırmaq üçün yağ əldə edən zaman sıxma əsnasında istilik tətbiq edilir. Bu da rəngin tündləşməsinə, dadın acılanmasına səbəb olur. Bunu məhsulla bağlı məlumatlarda peroksid miqdarına baxaraq da anlamaq mümkündür. Halbuki soyuq pres üsulu ilə əldə edilən çörək otu yağında acılıq və boğazı yandırma nisbəti yüngüldür. Bundan başqa, hava ilə təmas edən, saxlanma şərtləri uyğun olmayan çörəkotu yağlarında turşuluq və peroksid miqdarı artır. Bu da acı dada və yağın rəngində tündləşməyə səbəb olur. Soyuq sıxma ilə əldə olunan əsl yağın rəngi açıq olur və xarakterik çörəkotu qoxusu verir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *