Tirinnazavrın skeleti rekord məbləğə satılıb

67 milyon il bundan əvvəl Yer kürəsində yaşayan vəhşi tirinazavrın skeleti hərracda 31,8 milyon dollara satılıb. 

Millitribuna.az xəbər verir ki, bununla bağlı “Christie’s” hərrac evinin rəsmi saytı məlumat yayıb.

1987-ci ildə Cənubi Dakota ştatında Sten Sekrisonın tapıntısı 188 sümükdən ibarət olub və yaxşı vəziyyətdə qalan tirinnazavr skeletlərindən biridir.

Sümüklərin çəkisi 7-8 tona bərabərdir. Tapılan tirinnazavr təxminən Afrika fili boyda olub.
(oxu.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir