Sabiq baş nazir: “Yazda Ermənistanda aclıq başlaya bilər”

Ermənistanın eks-baş naziri Qrant Baqratyan ölkədə aclıq olacağını düşünür.

Millitribuna.az xəbər verir ki, o, Qarabağ məğlubiyyəti nəticəsində geniş ərazilərin itirilməsinə görə, kəskin ərzaq qıtlığının olacağını əlavə edib.

“Mərkəzi Bank təkcə oktyabrda 500 milyon dolları küləyə sovurdu. Bizim mart, aprel ya da mayda aclıqla üzləşmək şansımız var. Yaxşı heç nə görmürəm. Bizim ciddi ərazi itkilərimiz olub. Minlərlə hektar örüş, əkin sahəsi və münbit ərazilər itirmişik”- deyə eks-baş nazir əlavə edib.(modern.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *