Havada koronavirusu aşkarlayan qurğu yaradıldı

Beynəlxalq elm adamları tərəfindən yaradılan sensorlu qurğu havanın keyfiyyətini analiz edərək koronavirusları otaqlarda, evlərdə, nəqliyyatda, dövlət müəssisələrində aşkar etməyə imkan verəcək.

Millitribuna.az-ın məlumatına görə, bu barədə Valensiya “RUVID” Universitetləri Birliyi xəbər yayıb.

Müəlliflər iddia edir ki, bu qurğu “PCR” testi olmadan COVID-19-u aşkar etməyə imkan verəcək. Sensor aparat sürətli, dəqiq analiz aparmaqla yanaşı, əhəmiyyətli dərəcədə ucuzdur və istifadəsi də asandır.(report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir