Evi haradan almaq sərfəlidir: «Kristal Abşeron», «Melissa», yoxsa Kirayə Evlər?

Koronavirus pandemiyası və onun gətirdiyi məhdudiyyətlər, eləcə də əhalinin gəlirlərinin azalmasına baxmayaraq Bakının daşınmaz əmlak bazarında, xüsusilə də yeni mənzillərin satışı davam edir.

Millitribuna.az xəbər verir ki, hazırda paytaxtda bir sıra şirkətlər alıcılara öz mənzillərini təklif edirlər. Bu ilin əvvəlindən etibarən isə mənzil bazarına yeni oyunçu daxil olub. İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə mənzillərin kirayə yolu ilə satışı başlanıb. Hazırda Fondun portfelində təqribən minə yaxın mənzil var.

Belə bir vəziyyyətdə bu təkliflərin hansının alıcılar üçün daha sərfəli olması sualı yaranır.

Qeyd edək ki, bazarda mənzil satan şirkətlərin, eləcə də İpoteka Fondunun fərqli şərtləri var. Ümumi cəhət odur ki, onların hamısını uzun müddətə kreditə götürmək olar. Yəni əslində kirayə də uzunmüdldətli kredit mexanizminə çorx bənzəyir.

FED.az Bakıda ən çox mənzil təklif edən «Kristal Abşeron», «Melissa Park» şirkətlərinin və İpoteka Fondunun təkliflərini müqayisə edib.

«Kristal Abşeron»- hazır mənzil ən ucuz 1760 manata

Bakıda ən ucuz binaları «Park Yasamal» yaşayış kompleksindədir. Burada qiymətlər 1250-1500 mavnat ətrafında dəyişir. «Kristal Abşeron»da mənzilləri 20 illik kreditə götürmək olur. İlkin ödəniş mənzilin qiymətinin minimum 20%, illik faiz dərəcəsi isə 10%.

Kredit tək şəxsiyyət vəsiqəsi ilə verilir, amma şirkətdən FED.az-a bildirilib ki, əgər müştərinin bankla problemi olubsa (yəni kreditlərdə adı «qara siyahıdadırsa – FED.az) bu məsələ nəzərə alınır.

Hazırda «Kristal Abşeron»un Bakıda hazır binası yoxdur. Ən tez hazır olacaq bina «Azadlıq» metrosunun yanındakı «Azadlıq» layihəsidir. Gələn ilin yanvarında təhvil veriləcək binada qiymətlər kvadratı 1760 manatdan başlayır. Sumqayıt və Xırdalanda isə qiymətlər 1050-1090 manatdan başlayır.  Amma bu hazır olan yox, tikilməkdə olan evlərin qiymətləridir.

«Melissa Park»

Bakıda mənzillərin kütləvi şəkildə satışı ilə məşğul olan şirkətlərdən biri – «Melissa Park»da mənzillər nağd və 20 illik ipoteka ilə satılır. Kredit variantında ilkin ödəniş mənzilin qiymətinin minimum 15%-i, illik faiz dərəcəsi isə 10% təşkil edir.

«Melissa park»ın Bakının müxtəlif ərazilərində — «20 Yanvar» m/s və Azadlıq prospektində (Tibb Universitetinin yaxınlığı) layihələri var.  «20 Yanvar» m/s yaxınlığında yerləşən kompleksdə tikintisi davam edən binalarda kvadratmetrin qiyməti 1200 AZN-dan, hazır binada isə 1500 AZN-dan başlayır. «Melissa Azadlıq» layihəsində isə qiymətlər tikintisi davam edən binada 1400 AZN-dan, hazır binada 1900 AZN-dan başlayır.

İpoteka Fondunun kirayə evləri

2020-ci ilin əvvəlində isə Bakının mənzil satışı bazarına daha bir oyunçu — İpoteka və Kredit Zəmanət Fondu daxil oldu. Fondun kirayə üsulla satılan mənzilləri Bakıda, Sumqayıtda və Xırdalanda yerləşir. Ən çox mənzil Bakıda satışa çıxarılıb. Bunlar Xətai rayonu Gəncə Prospekti, Nizami Rayonu «Koroğlu» metrosunun arxası, Binəqədi rayonu 9-cu mikrorayon, Xətai rayonu Babək prospektinin sonunda, Lütvizadə küçəsində və sair yerləşir. Fondun xətti ilə satılan mənzinqəlir kvadratmetrinin qiyməti Bakıda 1350-1500 manat, Sumqayıt və Xırdalanda isə 1250 manat ətrafında dəyişir.

İpoteka Fondunun kirayə üsulu ilə mənzil satışının fərqli cəhəti ondadır ki, burada ilkin ödəniş yoxdur.  Daha dəqiqi, vətəndaş bir illik ödənişi əvvəlcədən ödəyir, bu da mənzilin qiymətinin təqribən 6%i qədərdir. Amma bu məbləğ də axırıncı il nəzərə alınır.

Kirayə üsulu ilə mənzillərin satışı zamanı illik 4% xidmət haqqı ödənişi də nəzərə alınır. Sadə desək, bu üsul illik 4%-lik ipoteka kreditinə çox bənzəyir.

Hər üç təklifi dəyərləndirmək üçün bu tərəfin təkliflərini müqayisə edək

Şirkətlər Kristal Abşeron Melissa Kirayə evlər
Qiymət — Bakı 1760 AZN 1500-1900 AZN 1350-1500 AZN
Qiymət — Sumqayıt 1130-1150 AZN
1250 AZN
Qiymət – Xırdalan 1050-1090 AZN
1250 AZN
Kredit müddəti 20 il 20 il 25 il
İlkin ödəniş 20% 15% 6%
İllik faiz 10% 10% 4%
Mülkiyyət hüququ Əvvəldən Əvvəldən Axırda

Göründyü kimi, Bakıda hazır mənzillərin qiymətində kirayə evlərlə bağlı təklif daha yaxşıdır. Digər üstünlük faiz dərəcəsinin aşağı olmasıdır – 10%-ə qarşı 4%. Bu fərqin necə əhəmiyyətli olduğunu göstərmək üçün deyək ki, 50 min manatlıq krediti 20 il müddətinə qaytaranda 4%-lə 72 min manat, 10%-lə isə 116 min manat qaytarmaq lazımdır.

İndi isə baxaq ki, eyni qiymətli mənzili «Kristal Abşeron», «Melissa Park» və kirayə evlərin şərtləri ilə aldıqda müştəri sonda nə qədər vəsait ödəməlidir. Hesablama üçün 100 min manatlıq mənzil götürək.

Yuxarıdakı şərtlərə görə, bu qiymətə evi «Kristal Abşeron» və ya «Melissa»dan alanda ilkin ödəniş kimi müvafyiq olaraq 20 min manat və 15 min manat ödəniş edilməlidir. İpoteka fondunun kirayə evlərində isə ilkin ödəniş 6335 manatdır. Digər göstəricilər cədvəldə göstərilib.

Şirkətlər Kristal Abşeron Melissa Kirayə evlər
Evin qiyməti 100 min AZN 100 min AZN 100 min AZN
İlkin ödəniş 20 min AZN 20 min AZN 6,4 min AZN
Kredit məbləğı 80 min AZN 80 min AZN 100 min AZN
Kredit müddəti 20 il 20 il 20 il
İllik faiz 10% 10% 4%
Aylıq ödəniş 772 AZN 772 AZN 606 AZN
Kreditlə qaytarılan məbləğ 185 min AZN 185 min AZN 146 min AZN
Evə görə ödənilən ümumi məbləğ 205 min AZN 205 min AZN 146 min AZN

Qeyd edək ki, «Melissa»da ilkin ödənişi daha az, məsələn 15% etmək olar. Bu zaman ilkin ödəniş 15 min manat, kreditə götürülən məbləğ 85 min manat təşkil edir ki,  nəticədə aylıq ödəniş 820 manat, kreditlə qaytarılan məbləğ 197 min manat, nəticədə evin son qiyməti 212 min manat təşkil edəcək.

Eləcə də kirayə evləri 20 il deyil, 25 illiyə almaq olar. Sadəcə həmin vaxt aylıq ödəniş 527 manat, ilkin ödəniş 6300 manat, evin ümumi qiyməti isə 158 min manat olur.

Sadəcə müqayisə sadə olsun deyə, «Melissa»da ilkin ödənişi «Kristal»da olduğu kimi 20%, kirayə evlərdə isə müddəti, digər şirkətlərdə olduğu kimi 20 il götürmüşük.

Başqa sözlə, kirayə variantında evlərin 100-150 manat ucuz olması, eləcə də, ən əsası, illik faiz dərəcəsinin 4% olması özünü son nəticədə alıcıların daha az məbləğ ödəməsində göstərir. 100 min manatlıq mənzil –z0 kirayə variantında cəmi 146 min manata başa gəldiyi halda, digər şirkətlərin təkliflərində müştərilər ona görə 205 min manat ödəməlidirlər.

Bəs evi Sumqayıtda alanda hansı variant sərfəlidir?

Faiz dərəcəsinin aşağı olması o qədər vacibdir ki, o hətta qiymətin bahalığını da kompensasiya edir. Bunu Sumqayıtdakı mənzillərlə bağlı «Kristal Abşeron» və kirayə evlərin müqayisəsində görmək olar. Yuxarıda göstərildiyi kimi, «Kristal» Sumqayıtda evləri 1130 manatdan, İpoteka Fondu isə 1250 manatdan təklif edir. Bu zaman 100 kvadratlıq evin qiyməti «Kristal»da 113 min manata, İpoteka fondunda isə 125 min manata olacaq.

Gəlin baxaq hansı evi almaq son nəticədə daha sərfəlidir.

«Kristal»da ilkin ödəniş 22,6 min manat, kredit məbləği 90,6 min manat, 20 illik kreditdə aylıq ödəniş 872 manat, qaytarılan kredit 210 min manat təşkil edəcək. 22,6 ilkin ödənişi də nəzərə alanda bu ev müştəriyə 232,6 min manata başa gələcək.

Kirayə evlərin misalında isə 125 min manatlıq mənzil üçün aylıq ödəniş 757 manat, ilkin ödəniş (12 aylıq məbləğ) 9100 manat təşkli edir. Kirayə evlərdə ilkin ödəniş həm də sonuncu ilin ödənişi olduğuna görə, ümumi məbləğ dəyişmir və bu ev sahibinə 182 min manata başa gəlir. Nəticədə eyni ev, kirayə variantında 50 min manat daha ucuz qiymətə başa gəlir.

Çıxarış əvvəlcədən verilir

Özəl şirkətlərin təkliflərində yeganə üstünlük müştərinin adına dərhal çıxarış (kupça) verilməsidir. Yəni evi alan müştəri dərhal evin sahibinə çevrilir.  Evi kirayə ilə alanda isə çıxarış ən sonda – ödəniş müddəti bitəndə verilir. Amma əslində bu üstünlük də simvolikdir – evin pulunu ödəməyəndə müştəri onsuz da istənilən halda evdən çıxarılır.

Sadəcə kirayə evlərdə bu müddət 2 aydır (pulu 2 ay ödəməyəndə evdən çıxarılır), digər şirkətlərdə isə bunun üçün məhkəmə çəkişməsi və sair tələb olunur. Müştəri üçün mənfi cəhət ondadır ki, belə mübahisəni onsuz da qazanmaq şansı yoxdur, üstəlik, məhkəməni uduzanda onun xərclərini də ödəməlidir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *