Bakıda şadlıq sarayından 10 minlik oğurluq edilib

Bakıda şadlıq sarayından oğurluq edilib.

Millitribuna.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  rayon ərazisindəki şadlıq saraylarının birindən 10000 manat dəyərində 450 ədəd oturacaq, 2 ədəd televizor və led işıqlandırıcı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Kərimov, Y.Yusifov və A. Abbasov saxlanılıblar. Davam etdirilən tədbirlərlə A.Abbasovun yaşadığı evə baxış zamanı oradan 3 qram heroin və 9 qram metamfetamin aşkar edilərək götürülüb.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *