Günel Məmmədhəsənova sədr müavini seçildi

Ölkəmizin inkişafında öz fəaliyyəti ilə fərqlənən
“İMZA” – Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədr müavini vəzifəsinə Günel Məmmədhəsənov təyin olunub.

Millitribuna.az-a verilən məlumata görə, yeni təyinat münasibətilə Günel Məmmədhəsənova  rəsmi “facebook” səhifəsində birliyin kollektivinə dərin minnətdarlığını bildirib.

O bildirib ki, əməyinə göstərilən bu diqqət və  dəyər gələcək fəaliyyətində daha məhsuldar və fəal olmağına sövq edəcək:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün sahələrə olduğu kimi, ictimai birliklərin fəaliyyətinin genişlənməsinə də xüsusi önəm verir. Belə ictimai birliklərdən biri də  milyonları öz ətrafına toplayan İMZA-İlhamla Mehribanla Zirvələrə Azərbaycan Sosial İnkişafa Dəstək İctimai Birliyidir.

“İMZA” olaraq əsas amalımız, o cümlədən bir gənc olaraq əsas məqsədimiz Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi islahatların yerinə yetirilməsində yaxından iştirak etmək, milli maraqlarımızın müdafiəsi, dövlətçiliyimizin möhkəmləndirilməsi ilə bağlı gənclər arasında maarifləndirici tədbirlər yerinə yetirməkdir.

Həmçinin Birinci Vitse-Prezident Mehriban Əliyevanın dövlətimiz, xalqımız, xüsusilə gənclər üçün misilsiz xidmətlərini ictimaiyyətə çatdırmaq da əsas vəzifələrimizdəndir. Biz, gənc olaraq qalib ölkənin qalib prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasətini dəstəkləyir, prezidentimizin ətrafında sıx birləşmişik”.

Millitribuna.az olaraq, yeni təyinat münasibətilə Günel Məmmədhəsənovanı təbrik edirik və fəaliyyətində uğurlar diləyirik!

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz:

055-212-35-55 WHATSAPP

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir