Azərbaycan düyü idxalını 15 %-dən çox artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 35,4 milyon ABŞ dolları dəyərində 51,7 min ton düyü idxal edib.

Millitribuna.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 763,6 min dollar (2,1 %) az və 7 min ton (15,6 %) çoxdur.

Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,4 %-ni təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir