Messi Ronalduya heyran olduğunu etiraf etdi

“Barselona”nın hücumçusu Lionel Messi heyran olduğu idmançıların adlarını açıqlayıb.

Millitribuna.az xəbər verir ki, bu barədə ulduz futbolçu “La Sexta” telekanalına müsahibəsi zamanı bildirib.

Messinin siyahısına “Yuventus”un hücumçusu Kriştianu Ronaldu, tennisçilər Rafael Nadal və Rojer Federer, həmçinin basketbolçu Lebron Ceyms daxil olub.

“Hər idman növündə seçilən və öz işi, hər gün etdikləri ilə heyranlığa layiq olan idmançılar var. Futbolda Kriştianu Ronaldudur. Onlar çoxdur, mən seçilən bir çox idmançıya heyranam”, – deyə L.Messi bildirib.(oxu.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir