«44 günlük müharibədə çox həyəcan keçirirdim. Gündə yüz dəfə öldüm dirildim. Həyat yoldaşım müharibədəydi. Günlərlə əlaqəmiz olmurdu, telefonuna zəng çatmırdı».
Millitribuna.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova «Gündən-günə» verilişində deyib. Sənətçi Vətən müharibəsi ərəfəsində aşadıqlarını bölüşüb. Həyat yoldaşı Rövşən Cahangirov da müharibədə olan Elnarə onunla günlərlə danışa bilmədiyini bildirib.
Xəlilova daha sonra 2020-ci ili necə keçirdiyindən danışıb:
«2020-ci il girəndən qarğış tökürük. Pandemiya ilə əlaqədar, çox stress yaşayıb, nigarançılıqlar keçirdik. Bütün dünya bu gündədir. Bilməzdik ki, ilin sonu bizə belə qələbə sürprizi yaşadar».(axsam.az)