«Şuşada bir üzümüz güldü, bir üzümüz ağladı» — Aygün

Xalq artisti Aygün Kazımova bir neçə gün əvvəl sənət dosları ilə birlikdə Şuşaya yollanıb.

Millitribuna.az xəbər verir ki, müğənni Şuşadan görüntülərini İnstaqram izləyiciləri ilə bölüşüb.

A.Kazımova paylaşımına «Şuşada bir üzümüz güldü, bir üzümüz kədərləndi. İgirdlərimizi görüb qürurlandıq. Şəhidlərimizi anıb hüzünləndik. Bu qədər hissi eyni anda yaşadıq. Bu torpağa yenidən ayaq basdığımız üçün bir daha xalqımızla, dövlətimizlə, ordumuzla fəxr etdik» sözlərini qeyd edib.

Müğənni daha sonra Gövhər Ağa məscidinə girərək dualar edib.(axsam.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *