Formula 1 pilotu ilin ən yaxşı idmançısı oldu

Fransanın «L Equipe» nəşri 2020-ci ilin ən yaxşı idmançılarının adlarını açıqlayıb.

Millitribuna.az xəbər verir ki, ən yaxşı idmançı adına «Mercedes» pilotu Lüis Hemilton layiq görülüb. Britaniyalı sürücü bu il «Formula 1» üzrə 7 qat dünya çempionluğunu rəsmiləşdirərək, Mixael Şumaxerin rekordunu təkrarlayıb.

Norveçli Marte Olsbü-Royselann ən yaxşı qadın idmançı seçilib. 30 yaşlı biatlonçu dünya çempionatında 7 medal qazanıb. Medallardan 5-i qızıl, 2-si bürünc əyarlı olub.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *