Deputat: “Veteranların iş problemləri həll olunmalıdır”

“Veteranlar qayıtdıqdan sonra onlar işlə təmin olunmalıdır. Bununla bağlı xüsusi proqram hazırlanmalıdır”.

Millitribuna.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, veteranların işlə təminatını biz həyata keçirməliyik: “Bununla bağlı problemlərlə qarşılaşa bilərik. Digər tərəfdən istər birinci Qarabağ müharibəsi veteranlarının, istərsə də ikinci Qarabağ müharibəsi veteranlarının sosial müdafiəsi gücləndirilməlidir. Heç olmasa, yaşayış minimumu həcmində onlara vəsait verilməlidir. 1-ci Qarabağ qazilərini də unutmamalıyıq. Onlara da bu həcmdə vəsait verilməlidir”.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *