Əfqanıstan Prezidenti İlham Əliyevi təbrik edib

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Millitribuna.az xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri cənab Prezident.

Sizə doğum gününüz münasibətilə səmimi salamlarımı və ən xoş arzularımı çatdırıram. Bu il Sizin 17 illik müdrik və uzaqgörən liderliyiniz sayəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı tarixi qələbələrin qazanıldığı uğurlu bir ildir.

Azərbaycanın regionun sabitliyinə ən böyük təhdidlərdən birini uğurla geridə qoyduğu bu dönəmdə biz ikitərəfli və çoxtərəfli əməkdaşlığa nail olmaq və tərəqqi əldə etmək üçün Sizinlə işləməyə hazırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir