Qaradağda iki avtomobil toqquşdu: 1 yaralı

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Millitribuna.az-ın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Əliyev Mirzəli Lətif oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir