Qarabağda şəhid olan daha bir əsgər dəfn edilib

Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olan əsgəri dəfn edilib.

Məlumata görə, Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olan Sumqayıt şəhər sakini, 2001-ci il təvəllüdlü Yusifov Hüseyn İsaq oğlunun nəşi bu gün ailəsinə təhvil verilib.

Şəhid sonuncu dəfə ailəsi ilə sentyabrın 29-da danışıb. Həmin vaxtdan bir daha əsgərin taleyi barədə heç kim məlumat əldə etmək mümkün olmayıb. Ötən gün H.Yusifovun şəhid olduğu məlum olub.

H.Yusifov bu gün Sumqayıtda Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!(report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir