Azərbaycan manatının dövretmə sürəti artıb

Bu il dekabrın 1-nə Azərbaycanın milli valyutası — manatın dövretmə sürəti 3,79 bənd təşkil edib.

Millitribuna.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 0,01 bənd çox, yanvarın 1-nə nisbətən 0,69 bənd, ötən ilin dekabrın 1-nə nisbətən isə 0,98 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *