Rusiyada avtobus qəzası: ölənlər və xəsarət alanlar var

Rusiyanın Ryazan vilayətində Moskva-Volqoqrad reysi üzrə fəaliyyət göstərən sərnişin avtobusu qəzaya uğrayıb. Hadisə nəticəsində üç nəfər ölüb, daha 12 nəfər xəsarət alıb.

Millitribuna.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yaralılar arasında üç uşağın olduğu bildirilir. Onlardan birinin vəziyyəti ağırdır. Məlumata görə, avtobusda ümumilikdə 26 nəfər olub.

İlkin ehtimala görə, avtobusun sürücüsü idarəetməni itirib və avtobus aşıb. Ölənlər arasında sürücü də var.

Hazırda hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.(apa)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *