UEFA bütün zamanların reytinqini açıqladı

UEFA Avrokuboklarda bütün zamanların (1955-2020) yeni reytinq siyahısını açıqlayıb.
Millitribuna.az  xəbər verir ki, 526 klubun yer aldığı siyahıya Azərbaycan təmsilçilərindən 7-si daxil olub.
Bunlardan ən yüksək pillədə «Qarabağ» qərarlaşıb. Ağdam təmsilçisi 46 xalla 78-ci pillədə qərarlaşıb
«Neftçi» 15 xalla 171-ci, fəaliyyətini dayandıran «Bakı» klubu isə 6 xalla 271-ci sıradadı.
«Keşlə» 5 xalla 297-ci, «Şəmkir» 2 xalla 398-ci, «Kəpəz» isə 2 xalla 399-cudu. Bir xalı olan «Xəzər Lənkəran» 426-cı pillədə yer alıb.
Qeyd edək ki, siyahıya «Real» (607 xal) başçılıq edir. «Bavariya» (495 xal) 2-ci, «Barselona» (459 xal) 3-cüdü.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *