Rusiya Jurnalistlər İttifaqının sədri Prezident İlham Əliyevi təbrik edib

Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Millitribuna.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Yeni ildə şəxsən Sizə və ailənizə cansağlığı, uğurlar, firavanlıq arzulayıram.

Ümidvarıq ki, bu ilin yekunları Qafqazda sülhün tam bərqərar olunmasına, bütün xalqlar üçün firavanlığa imkan yaradacaq. O da vacibdir ki, Rusiya-Azərbaycan münasibətləri möhkəmlənməkdə davam edir.

Görüşlərimizi məmnuniyyətlə xatırlayıram və ümidvaram ki, hələ qarşıda bizim birgə işləmək imkanımız olacaq.

Sizə möhkəm cansağlığı və uğurlar arzulayırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir