Moldovanın baş naziri istefa verdi

Moldovanın Baş naziri İon Kiku istefa verib.

Millitribuna.az xəbər verir ki, o, istefasını bu gün keçirilən brifinq zamanı elan edib.

“Mən ölkə rəhbərliyi ilə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün lazım olan addımları müzakirə etdim. Bununla əlaqədar istefa verməyim və hökumətin istefası ilə bağlı təklif irəli sürdüm”, – Kiku bildirib.

Moldovanın Baş naziri həmçinin bildirib ki, o, ölkə Prezidenti Maya Sandu ilə yeni Nazirlər Kabinetinin təyin olunmasından öncə hökumətin necə çalışacağını müzakirə edəcək.(axar.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir