Komitə sədri: «Azərbaycan yeganə ölkədir ki, 2020-ci ili qələbə ilə qeyd edəcək»

“Azərbaycan dünyada yeganə ölkə olacaq ki, 2020-ci ili qələbə ilə qeyd edəcək. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşməndən azad edib”.

Millitribuna.az report.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, qələbənin əldə olunmasına iqtisadi faktorun öz yeri var:

“Onu da qeyd edim ki, 2020-ci ildə bütün dünya iqtisadiyyatında geriləmə olub. İqtisadiyyat Nazirliyi 2020-ci ilin dövlət büdcəsinin dürüstləşməsi zamanı Azərbaycan iqtisadiyyatının 2020-ci ilin sonuna qədər 4,9 faiz azalacağı qeyd edilib”.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *