Ermənilərin basdırdıqları minaların qurbanı olan vətəndaşlarımızı necə qoruyaq? — Ekspertdən maraqlı təklif

Müharibənin bitməsindən xeyli vaxt keçməsinə baxmayaraq, artıq çox sayda insanın minalara düşərək həlak olmasının şahidi oluruq.

Bu cür  hallar bütün dövrlərdə və əksər müharibə gedən ölkələrdə baş verib. Dinc əhali ilə paralel hərbçilərimizin də minalardan şəhid olma faktları az deyil. Aydındır ki, mənfur düşmənin işğalından azad olunmuş ərazilərimizdə bu cür halların yenə də təkrarlanması qaçılmazdır. Erməni vandalları illərdir ki, hətta döyüş getməyən ərazilərə də müxtəlif növ minalar basdırıb və onun fəsadlarını Azərbaycan xalqı olaraq yaşayırıq. ANAMA-nın dediyi kimi, ərazilərin minalardan təmizlənməsi prosesi hələ uzun illər davam edəcək. Bu proses 13 ilə qədər davam edə bilər.

Bəs insanlarımızı həmin görmədiyimiz minalardan necə qoruya bilərik?

İlk növbədə,  bu hallarla bağlı səlahiyyətli bir təşkilat yaradılmalıdır. Düşünürəm ki, işğaldan azad olunmuş ərazilərimizə getmək istəyən vətəndaşlarımıza xüsusi buraxılış vərəqəsi verilməlidir. Eyni zamanda vətəndaşın gedə biləcəyi ərazinin yol xəritəsi ona təqdim olunmalıdır. Həmin yol xəritəsindən kənara çıxmaq isə cinayət halı hesab olunmalıdır. Çünki kənar bir addım artıq öz həyatını təhlükəyə atmaq deməkdir. Həmin yol xəritəsi və buraxılış vəsiqəsinin vətəndaşlara ANAMA tərəfindən verilməsi məqsədəuyğun olardı. Çünki minalı ərazilərin xəritəsi və yerləşdiyi ərazilər xüsusən ANAMA tərəfindən müəyyənləşdirilir.

Vətəndaşlar minaya düşərək həlak olurlar  və əksər hallarda heç kim buna görə məsuliyyət daşımır. Bu baxımdan məsuliyyət daşıyacaq və insanları bu təhlükələrdən xilas edə biləcək bir təşkilat olarsa, minalardan ölüm hallarının sayı  minimuma düşə bilər.

Sözügedən yol xəritəsi nəinki dinc əhali üçün, hətta həmin ərazilərdə xidmət edən hərbçilər üçün də hazırlanmalıdır. Bir müddətdən sonra həmin ərazilərdə yenidən qurma və tikinti işlərinə start veriləcək. Ona görə də qeyd olunan ərazilərdə çalışacaq işçi qüvvələrinin də təhlükəsizliyinin qorunması və həmin işçi qüvvəsinin daha da məsuliyyətli olmaları üçün bu cür addımların atılması zəruridir.  Vətəndaşlarımız anlamalıdır ki, göstərişlərindən bir addım belə kənara çıxmaq olmaz.

MilliTribuna.az saytının baş redaktoru, əmlak eksperti Elnur Fərzəliyev

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz:

055-212-35-55 WHATSAPP

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *