Çelyabinskdən Bakıya birbaşa aviareys açılacaq

Rusiyanın “Red Wings” aviaşirkəti Azərbaycana uçuşların həyata keçirilməsi üçün icazə alıb.

Millitribuna.az-ın məlumatına görə, bu barədə Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyinin (Rosaviasiya) yaydığı xəbərdə deyilir.

Bildirilir ki, Agentliyin qərarına əsasən, aviareyslər Çelyabinsk şəhərindən Bakıya həyata keçiriləcək.

Bundan başqa, Rosaviasiyanın digər qərarına əsasən, Çelyabinskdən Özbəkistanın Fərqana və Səmərqənd şəhərlərinə də aviauçuşlar həyata keçiriləcək. Bu uçuşları “Severnıy veter” aviaşirkəti yerinə yetirəcək.

Qeyd edək ki, hazırda Çelyabinskdən beynəlxalq reyslər həyata keçirilmir. Buna səbəb həmin hava limanının xaricə icazə verilən uçuşlar siyahısına daxil edilməməsidir.(report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir