Amerikalı Simon Uilyams «Ginnesin Rekordlar Kitabı»na düşüb.
Millitribuna.az xəbər verir ki, ABŞ-ın Bruklin bölgəsində yaşayan Simon afro saçlarının həciminin böyüklüyünə görə dünya rekordu qırıb. Bununla da «Ginnesin Rekordlar Kitabı»na daxil olub.
Onun saçlarının uzunluğu təxminən 20.5, həciminin ölçüsü isə 147 santimetrdir. 9 il ərzində saçlarını kəsdirməyən Uilyams onları qurutmaq üçün 6 saat vaxt sərf etdiyini bildirib.
Qeyd edək ki, rekordun Simondan əvvəlki sahibi Eyvin Duqas olub. Onun saçlarının həciminin ölçüsü 132 santimetr olub. (axşam)