Rusiya prezidenti: “Qarabağdakı sülhməramlıların sayını artıra bilərik”

Rusiya prezidenti Vladimir Putin Qarabağda sülhməramlı kontingentin sayının artırılmasına da toxunub.

Millitribuna.az xəbər verir ki, o tərəflərin razılığı olarsa, bu addımı ata biləcəklərini deyib.

“Əgər tərəflərin razılığı olarsa, Qarabağdakı sülhməramlı kontingentin sayını artıra bilərik”.

Putin 10 noyabr razılaşmasından sonra atəşkəs rejiminin yalnız 1 dəfə pozulduğunu diqqətə çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir