TƏBİB sədri: “Qrip vaksinləri koronavirusa qarşı effektli ola bilməz”

“Dünyada əhalinin sayı artdıqca mikroorqanimzlərin xəstəlik törədici qabiliyyəti də daha çox artır. COVID-19 hava-damcı yolu ilə keçdiyindən vaksinasiya sayəsində qarşısını almaq mümkün ola bilər”.

Millitribuna.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, qripə qarşı vaksin koronavirusa qarşı effektli ola bilməz: “Hər kəsə məlumdur ki, müasir peyvəndlər milyonlarla insanın həyatını xilas edib. Vaksinlər olmamışdan qabaq həyat daha təhlükəli idi. Bu gün isə vəziyyət tam fərqlidir. Vaksinlər sayəsində onlarla xəstəlik ləğv edilib və ya ləğv edilmək üzrədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir