«Qarabağ»da koronavirusa yoluxanların sayı azaldı

«Qarabağ» klubunun bir neçə futbolçusu koronavirusdan sağalıb.

Millitribuna.az-ın məlumatına görə, Mahir Emreli, Kevin Medina, Emil Balayev, Qara Qarayev, İsmayıl İbrahimli, Toral Bayramov və hələ də Türkiyədə olan Abbas Hüseynovun son testlərinin cavabı mənfi olub.

Emreli artıq komanda ilə məşqlərə də başlayıb.

Şahruddin Məhəmmədəliyev, Xayme Romeronun testinin nəticəsi pozitiv çıxıb.

Əsasən Ağdam təmsilçisinin əvəzedici komandasında çıxış edən 19 yaşlı yarımmüdafiçi Zamiq Əliyev isə ilk dəfə koronavirusa yoluxub.

Qeyd edək ki, «Qarabağ» Azərbaycan Premyer Liqasının XII turunda dekabrın 20-də «Qəbələ»nin qonağı olacaq.(report)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *