Ötən gün 51 aktiv COVID-19 xəstəsi saxlanılıb

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Millitribuna.az xəbər verir ki, dekabrın 14-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 51 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb: “Tibbi qaydalar gözlənilməklə onlardan 47 nəfər evə qaytarılıb, 3 nəfər xəstəxanaya yerləşdirilib. 37 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir