Goranboyda iki COVID-19 xəstəsi saxlanıldı

Goranboy rayonunda evdən çıxan 2 COVID-19 xəstəsi saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy RPŞ əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayon sakinləri Sevinc Ələsgərova və Rəşad İsgəndərov ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanları tərk etmələri müəyyən edilib.

Polis əməkdaşları tərəfindən dərhal onların rayon ərazisində yerini müəyyən edərək yaşadıqları evə göndəriliblər.

Faktlarla bağlı Goranboy RPŞ-nin İstintaq Bölməsində Cinayət  Məcəlləsinin 139-1 (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə canyət işi başlanıb, faktla bağlı araşdırmalar davam etdirilir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *