Bu əsər evin qiymətini 5 milyona yüksəltdi

Bir müddət əvvəl məşhur küçə rəssamı Benksi Bristol şəhərində yerləşən evlərdən birinin divarına koronavirusla bağlı rəsm çəkib. “Aachoo” adlandırılan əsərdə asqıran qadın təsviri yer alıb.

Millitribuna.az bildirir ki, həmin evin sahibi Nik Malkin mənzili rəsm çəkilməzdən əvvəl satışa çıxarıb.

O, əmlakçılara müraciət edərək evin hazırki qiymətinin müəyyənləşdirilməsini istəyib. Sahibi ev üçün 300 min  funt-sterlinq (təxminən 679 min manat) qiymət qoyub. Əmlakçılar isə onun 17 dəfə artıq – 5 milyon funt-sterlinq (yəni 11 milyon 330 min manat) olduğunu deyiblər.

Ev sahibi Malkin isə mənzilin satışa çıxarılmasına baxmayaraq sənət əsərinin mühafizə altına alınacağını bildirib.(axsam.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir