Amin Musayev xəstəxanaya yerləşdirilib

Ermənistanın əsirliyində olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Amin Musayev Azərbaycana qaytarılıb.

Millitribuna.az xəbər verir ki, bu barədə hərbi qulluqçunun xalası Nübar Abadova deyib.

N.Abadova qeyd edib ki, ilk xəbəri internet resurslarından eşidiblər: «Daha sonra özü ilə telefon əlaqəsi yaratdıq. Anası ilə danışdı. Dedi ki, Bakıda xəstəxanaya yerləşdirilib. Vəziyyəti yaxşıdır».

Ailə Ali Baş Komandan İlham Əliyevə təşəkkür edib:

«Aminin anasının, qohumların, ağstafalıların, həmçinin bütün Azərbaycan xalqının adından təşəkkür edirəm. Allah onu var eləsin. O bizim üçün bu gün hər şeyi verdi. O, Azərbaycan xalqının görən gözü, beyni, sərkərdəsidir. Sevincimizin həddi-hüdudu yoxdur. Ali Baş Komandan Amini bizə sağ-salamat qaytardı. Var olsun Prezidentimiz, yaşasın Ali Baş Komandanımız».(apa)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *