Jirinovski yenidən partiya sədri seçildi

Rusiya Dövlət Dumasının üzvü, siyasətçi Vladimir Jirinovski yenidən partiya sədri seçilib.

Millitribuna.az xəbər verir ki, bu gün Rusiya Liberal Demokrat Partiyasının növbəti qurultayı keçirilib. Vladimir Jirinovski səs çoxluğu ilə növbəti dönəm üçün yenidən partiyanın sədri vəzifəsinə yiyələnib.

Qeyd edək ki, Vladimir Jirinovski irqçi çıxışları və ermənipərəst mövqeyi ilə məşhurdur. Onun Rusiyadakı antitürk siyasətçilərdən biri olduğu məlumdur. Qazaxıstanda anadan olan Vladimir Jirnovski ixtisasca türkoloqdur.(modern.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir