Tramp: «Ali Məhkəmə bizi həqiqətən məyus etdi»

Prezident Donald Tramp ABŞ Ali Məhkəməsinin prezident seçkilərinin nəticələrinə bəzi ştatlarda yenidən baxılması ilə bağlı iddianı ləğv etməsindən məyus olduğunu bildirib.

Millitribuna.az-ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti «Twitter» hesabında qeyd edib.
«Ali Məhkəmə bizi həqiqətən məyus etdi. Bu nə müdriklikdir, nə də cəsarət», — deyə Tramp bildirib.
Qeyd edək ki, ABŞ Ali Məhkəməsi Texas Baş prokuroru Ken Pakstonun 4 ştata qarşı qaldırdığı iddianı rədd edib.
İddiaçı Corciya, Miçiqan, Pensilvaniya və Viskonsin ştatlarında bülletenlərin hesablanmasının qaydalara uyğun olmadığını iddi edib.(apa)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *